Sinqapur-London reysinin sərnişinlərinin daşınması üçün Bakıya daha bir “Airbus 380” TƏYYARƏSİ GƏLİB - VİDEO

 25-12-2022

Təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda qəza enişi edən “Qantas Airways” aviaşirkətinin Sinqapur-London reysinin sərnişinlərinin daşınması üçün aviaşirkətin digər bir layneri – “Airbus 380” Bakıya gəlib.

Bu təyyarə ilə sözügedən reysin sərnişinləri bü gün səhər saatlarında Bakıdan təyinat məntəqəsinə yola düşəcəklər.

“Airbus 380” hava gəmisinin Heydər Əliyev Beynəlxalq Aeroportuna gəlişi ilə bağlı videoçarxla aşağıdakı linkə keçid edərək tanış ola bilərsiniz:

Qeyd edək ki, dekabrın 23-ü iki göyərtəli A380 hava gəmisinin kapitanı Gürcüstan hava məkanında olarkən Bakı hava limanına eniş siqnalı göndərib. Buna səbəb təyyarənin yük bölməsindəki tüstü sensorunun işə düşməsi olub. Bakı aeroportu dünyada bu tipli təyyarələrə xidmət göstərmək üçün lazımi avadanlıq və bu cür böyük hava gəmisini qəbul etməyə hazır uçuş-enmə zolağı ilə təchiz edilmiş azsaylı hava limanlarından biridir.

Xatırladaq ki, bu, A380 təyyarəsinin uçuş heyətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna göndərdiyi ilk qəza eniş sorğusu deyil.

Bənzər yazılar

0.1506199836731