İqtisadiyyat Nazirliyinin təltif olunmuş əməkdaşlarına orden və medallar TƏQDİM EDİLİB

 24-12-2022

İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların rəhbərləri və əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə nazir Mikayıl Cabbarov həyata keçirilən tədbirlər nəticəsində 2022-ci ildə də Azərbaycan iqtisadiyyatında dinamik inkişafın davam etdiyini vurğulayıb, əldə olunmuş nəticələrdə İqtisadiyyat Nazirliyinin əməkdaşlarının töhfəsini qeyd edib.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. 

İnsan kapitalının inkişafının, əməkdaşların bilik və bacarıqlarının artırılmasının önəmini vurğulayan iqtisadiyyat naziri bunun gələcək uğurların əsas şərtlərindən olduğunu və dövlət başçısının müəyyən etdiyi vəzifələrin icrası, qarşıya qoyduğu məqsədlərə nail olunması istiqamətində nazirliyin hədəflərini diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə İqtisadiyyat Nazirliyinin, nazirlik yanında Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Azərbaycan İnvestisiya Şirkətinin təltif olunmuş əməkdaşlarına orden və medallar təqdim edilib.

İqtisadiyyat naziri xidmətdə fərqlənən əməkdaşların təltif edilməsinin həmin şəxslərin əməyinə verilən yüksək qiymət olduğunu diqqətə çatdırıb, nazirliyin kollektivi adından ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.

Bənzər yazılar

0.14256715774536