“Sabah” komandası tarixinin ən böyük hesablı qələbəsini QAZANIB

 24-12-2022

“Sabah” komandası tarixinin ən böyük hesablı qələbəsini qazanıb.

Milletinsesi.info klubun rəsmi saytına istinadən xəbər verir ki, tarixi qalibiyyət “Sumqayıt”la Azərbaycan Premyer Liqasının XVIII tur oyununa təsadüf edib.

Paytaxt təmsilçisi səfərdə rəqibin qapısından altı cavabsız top keçirib. Bakılılar daha öncə bir neçə dəfə 5:0 hesablı qələbəyə sevinsələr də, ilk dəfə bir matçda altı qol vurublar.

Qeyd edək ki, “Sumqayıt”a qarşı oyunda Emmanuel Apeh, Aleksey Kaşuk, Coy Lens Mikels, Elvin Camalov, Anatoli Nuriyev və Davit Volkov fərqləniblər.

Bənzər yazılar

0.14223313331604