“Tərtər işi”nə görə həbs olunanlar: Polkovnik və gizir rütbəli şəxslər KİMLƏRDİR

 20-04-2022

“Tərtər işi” ilə bağlı cinayət işinin istintaqı zamanı üzə çıxan yeni detallarla əlaqədar həbs olunanlar arasında ən yüksək rütbəli şəxs Niftəliyev Rəşid Ağaşərif oğludur.

“Qafqazinfo”nun məlumatına görə, rütbəsi polkovnik-leytenant olan Rəşid Niftəliyev N saylı hərbi hissənin komandiri olub. O, daha öncə Qərargah rəisi vəzifəsində də çalışıb.

R.Niftəliyev  2019-cu ildə prezidentin sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata görə, R.Niftəliyevin də istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edilib. O, Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Həbs olunan digər şəxs - Ruslan Məhəmmədəli oğlu Mikayılov leytenant rütbəsini daşıyıb. O, 2020-ci ilin dekabrında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

Sənan Səxavət oğlu Maşıyev gizirdir. O, “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub.

Polad Seyfəddin oğlu Əzizov – gizir: O da “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib (Axtarışdadır).

Əliyev Elçin Kalam oğlu – gizir.

Bənzər yazılar

0.36118197441101