Bu gün sosial şəbəkələrdə Bakıxanov dəmir yolu stansiyası dayanacağı yaxınlığında nın inşası və metronun “Gənclik” stansiyası yaxınlığında salınacağı barədə məlumat yayıldı.
Bakı Şəhər İcra Hakimiyyətindən hər iki hadisəylə bağlı bildirilib ki, sözügedən ərazilərdə heç bir tikinti işi aparılmır. Ümumiyyətlə, bu barədə BŞİH-də məlumat yoxdur.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, həmin ərazi “Bakı Metropoliteni”nin gələcəkdə inşası nəzərdə tutulmuş obyektlərindən kənarda yerləşir:
“Həmin ərazidə indi metro inşaatı gündəmdə deyil. Çünki o sahəyə qədər xətlərin ayrılması layihəsi üzrə “Dərnəgül”dən sonrakı üç stansiya tikilməlidir. Bakıxanov dəmir yolu dayanacağına qədər daha bir stansiya da inşa olunmalıdır. Bütün bunlar hələlik konseptual inkişaf sxemində nəzərdə tutulmuş layihələrdir. İnşaatından danışmaq çox erkəndir”.