İqor Korotçenko: “Azərbaycanın ərazi bütövlüyünə qarşı bəyanatlar qəbuledilməzdir”

 19-12-2022

“Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan istənilən bəyanat rəsmi Moskva ilə Bakı arasında əsas razılaşmalara ziddir”.

Bunu “Report”un Rusiya bürosuna rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

“Məlum olduğu kimi, Rusiya ilə Azərbaycan arasında münasibətlər ilk növbədə ölkələrimizin prezidentlərinin imzaladıqları əsas sənədlərə əsaslanır. Bunlardan biri isə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamədir. Odur ki, Rusiya media məkanında həm Azərbaycanın ərazi bütövlüyünə qəsdlə bağlı çağırışlar, həm də Rusiyadakı bəzi xəstə təfəkkürlü insanların Azərbaycana qarşı tələb etdikləri qeyri-dost hərəkətlərlə bağlı istənilən bəyanat, şübhəsiz ki, bu əsas razılaşmalara ziddir”, - ekspert deyib.

O vurğulayıb ki, təxribat xarakterli çağırışları dəstəkləmək əks-effekt verir:

“Hesab edirəm ki, bəzi personajlar “Rusiya Qarabağdakı separatçıları dəstəkləmək üçün Azərbaycanın neft-qaz strukturunun əsas obyektlərinə zərbələr endirməlidir” fikirlərini səsləndirdikdən sonra Rusiya hüquq-mühafizə orqanları və strukturları buna reaksiya verməlidirlər. Çünki bu, əslində beynəlxalq terrorizmə çağırışdır. Təxribat xarakterli çağırışları paylaşmaq, hətta dəstəkləmək əks-təsir verir”.

Xatırladaq ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov Azərbaycana qarşı təxribat xarakterli bəyanatlarına görə vəzifəsindən .

Bənzər yazılar

0.20653915405273