Rusiya ordusu Xarkovu atəşə tutdu: Ölənlər var - VİDEO

 07-03-2022

Rusiya qoşunları növbəti dəfə Ukraynanın Xarkov şəhərini gecə saatlarında raket atəşinə tutublar.

Nəticədə şəhərdə dağıntılar baş verib və güclü yanğın başlayıb. Bu barədə sosial şəbəkələrdə videolar paylaşılıb.

Ukraynanın Fövqəladə Hallar üzrə dövlət xidmətinin yaydığı məlumatda bildirilir ki, martın 7-də Rusiya qoşunları Xarkova aviazərbələr endirib: "Nəticədə ən azı səkkiz nəfər həlak olub, bir neçə çoxmərtəbəli bina, inzibati binalar, xəstəxanalar, təhsil müəssisələri tam və ya qismən dağılıb”. 

Həmçinin şəhərin mərkəzi hissəsində yerləşən 21 binada güclü yanğın baş verib. 

Dağıntılar altında və yanğın baş verən binalardan 200 nəfər xilas edilib.

Həmin görüntüləri təqdim edirik:

Bənzər yazılar

0.7080409526825