ABŞ-da gənc azərbaycanlı rəssamların SƏRGİSİ KEÇİRİLİR

 17-12-2022

ABŞ-ın Florida Ştatının Mayami şəhərində gənc azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin açılışı olub.

“Report” xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyinin və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan sərginin açılış mərasimində Mayami və ətraf şəhərlərdə yaşayan soydaşlarımız, o cümlədən Azərbaycanın ABŞ-dakı diplomatik korpusunun əməkdaşları və yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın Vaşinqtodakı səfirinin ikinci katibi Mahmud Mahmudov Azərbaycanın zəngin mədəniyyətindən, ölkəmizin rəssamlıq məktəbinin tarixindən və dünya incəsənətinə bəxş etdiyi tövhələrdən, rəssamlara dövlət səviyyəsində göstərilən qayğı və dəstəkdən danışıb.

O, həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə qonaqları təbrik edib və bu günün elan olunmasında Ümummilli Lider Heydər Əliyevin mühüm rolunu vurğulayıb.

Mərasimdə çıxış edən “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev sərgidə nümayiş olunan rəsm əsərləri və təşkilatın fəaliyyəti haqqında məlumat verib. O, sərginin gənc rəssamların iştirakı ilə təşkil olunan 22-ci Beynəlxalq Sərgi olduğunu diqqətə çatdırıb.

Sonda rəssamlara xatirə sertifikatları təqdim olunub.

Qeyd edək ki, Azərbaycan-ABŞ arasında diplomatik münasibərlərin qurulmasının 30 illiyinə həsr olunan sərgi 16-21 dekabr tarixlərində ziyarətə açıq olacaq.

 

Bənzər yazılar

0.21883797645569