Artıq çəki uşaqlarda hansı xəstəliklərə YOL AÇA BİLƏR?

 14-12-2022

“Artıq çəki istər böyüklərdə, istərsə də uşaqlarda problem yarada bilər. Valideynlər heç də düşünməsin ki, uşaqdır, kökəlsə, yaxşıdır”.  

Milletinsesi.info xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloq Azad Əkbərzadə Nazirliyin rəsmi “Instagram” səhifəsində canlı yayımda uşaqlardakı artıq çəki ilə bağlı problemlərdən danışarkən deyib.

O bildirib ki, uşaq yaşlarında da artıq çəki problemlərə yol aça bilir:

“Artıq çəki piylənmə, insulin miqdarının artımı, qaraciyər xəstəlikləri, damar problemləri yarada bilir. Üç dəfəyə qədər digər şəxslərlə müqayisədə kök insanlarda xərçəng xəstəliyi yarana bilir. Qızlarda artıq çəki adət dövründə problemlərə gətirib çıxara, oğlanlarda da cinsi inkişafda vaxtından tez formalaşmalar başlaya bilir.

Bədən kütləsi indeksi (BMİ) çəki və boy arasındakı sadə məlumatdır və adətən fərdi səviyyədə, yaş, cins və əhalidən asılı olaraq fərdlərdə artıq çəki və piylənmənin müəyyən edilməsi üçün istifadə olunur”.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloq Azad Əkbərzadə Nazirliyin rəsmi “Instagram” səhifəsində canlı yayımda uşaqlardakı artıq çəki ilə bağlı problemlərdən danışarkən deyib ki, bu mütənasiblik BMI = Çəki (kq) / Boy (kvadratmetri) düsturu ilə hesablanır:

“Uşağın bədən kütlə indeksini hesablamaq üçün çəkisini (kq) götürüb boy ölçüsünün kvadratına bölmək lazımdır. Məsələn, çəkini 30 kq, boyu 1,30 m götürək. Çəkini boyun kvadratına bölməliyik. Alınan rəqəm, yəni bədənin kütlə indeksi 19-a qədər olarsa, az çəki, 20-25 arası olduqda normal çəki, 25 ilə 29,9 arasında olduğu müddətdə artıq çəki, 30-dan yuxarı olduqda isə piylənmənin aktual olduğuna işarədir”.

 

Bənzər yazılar

0.8350830078125