“Dövlət Gömrük Komitəsi qarşısında qoyulan ən əsas vəzifələr gömrük orqanlarının şəffaflaşması, məmnuniyyət səviyyəsinin artırılması, eyni rasional prosedurların tətbiq edilməsi, bərabər imkanların yaradılmasıdır”.
APA xəbr verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.
“Bu, qarşımıza qoyulan konkret tapşırıqlardır. Fərd olaraq da bu məsələnin yerinə yetiriləcəyinə tam əminəm. Əvvəlki illərdə gördüyüm təcrübə mənə bunu həyata keçirməyə qətiyyətlə imkan verəcək. Bu yoldan heç vaxt dönən deyiləm”, - deyə Şahin Bağırov bildirib.
Şahin Bağırov vurğulayıb ki, əsas vəzifələrdən biri də sahibkarlıq subyektlərinin, gömrük orqanlarının əməkdaşlarının və vətəndaşların məmunluğunu təmin etməkdir: “Bizim qarşımızda duran əsas hədəf gömrük orqanlarında şəffaflıq səviyyəsinin yüksəldilməsidir. Bu yoldan heç vaxt dönən deyiləm, qarşıya qoyulan hədəfləri yerinə yetirəcəyik. Bir rəhbər kimi mən buna məsuliyyət daşıyıram”.
Onun sözlərinə görə, korrupsiyaya meyilliliyinin azaldılması məqsədilə gömrük orqanları əməkdaşlarının əməkhaqlarının lazımi səviyyədə olması zəruridir.