Aprelin 16-da Kəlbəcər rayonun Günəşli kəndinin bir qrup sakininin doğma yurdlarına ziyarəti zamanı sıx yaşayış evləri olan kənd daxilindəki yolun üzərində tank əleyhinə mina tapılıb.
MillətinSəsi.info xəbər verir ki, bu barədə “İctimai TV”nin hadisə yerindən hazırladığı reportajda bildirilib.
Ziyarətdə Kəlbəcər sakinlərindən, dövlət qurumlarının nümayəndələrindən və televiziyanın çəkiliş qrupundan ibarət ümumilikdə 20 nəfər iştirak edib.
Minaaxtaranların axtarışları nəticəsində yol kənarında, evlərin birinin düz girəcəyində tank əleyhinə mina aşkarlanıb.
Heyəti daşıyan avtobus yolunun üzərindəki tank əleyhinə minanı minaaxtaran əsgər Mərdalı Aşurov aşkarlayıb.
Qeyd olunub ki, bu minaları müharibədə məğlubiyyətdən sonra Kəlbəcəri boşaldan erməni silahlıları öz doğma evlərinə qayıdacaq azərbaycanlılara ziyan vurmaq üçün quraşdırıblar.