Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI 

 10-12-2022

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 468 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 217, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35, üç və daha çox doza vaksin vurduranların sayı 183, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 33 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 925 702, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 393 877, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 674, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 392 945, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 206 nəfər təşkil edir.

Bənzər yazılar

0.44998097419739