Nazir Kəmaləddin Heydərov generalı təqaüdə GÖNDƏRİB

 08-12-2022

Fövqəladə Hallar Nazirliyinin (FHN) Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin rəisi vəzifəsindən azad edilib. 

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, general-mayor Valeh Abdullayev idarənin rəisi vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib. 

Nazirin digər əmri ilə FHN-in Əməliyyat-istintaq idarəsinin rəisi, polkovnik Sahib Rzayev bu vəzifəyə təyin edilib. 

Bənzər yazılar

0.31361508369446