Həkimdən peyvənd olunmayan uşaqlarla bağlı XƏBƏRDARLIQ

 07-12-2022

“Yalnız ana südü ilə uşağı xəstəliklərdən qoruya bilmərik”.

Milletinsesi.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində növbəti canlı yayımın qonağı olan nazirliyinin mütəxəssis-eksperti, pediatr Nigar Bayramova deyib.

Onun sözlərinə görə, körpənin ilk peyvəndi ana südü hesab olunur:

“Ana südü də uşağı infeksiyalardan qoruyur. Lakin bu, o demək deyil ki, ana südü qəbul edən uşaq peyvəndlənməməlidir. Yanlış fikirdir. Ana südü uşağı xəstəliklərdən qorumur”.

N.Bayramova qeyd edib ki, peyvənd olunmayan uşaqlar gələcəkdə çox ağır fəsadlarla üzləşə bilərlər:

“Bu gün peyvəndlənmə sayəsində 6 milyona yaxın uşaq ölümünün, 7 milyondan çox uşağın isə şikəst olmasının qarşısı alınıb. Peyvənd ən əhəmiyyətli vasitədir. Peyvənd olunmayanların çox ağır xəstəliklərlə üz-üzə qalma ehtimalları çoxdur”.

 

Bənzər yazılar

0.44716691970825