Sara Maykl: “Azərbaycanda və dünyanın digər ölkələrində rifahın qurulmasına imkan yaradacağıq”

 07-12-2022

Bakıda İqtisadiyyat Nazirliyi və Dünya Bankının birgə təşəbbüsü çərçivəsində “Azərbaycan yaşıl inkişafa doğru” hesabatın təqdimatı keçirilir.

Milletinsesi.info xəbər verir ki, tədbirdə Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Maykl çıxış edib.

O bildirib ki, Azərbaycan hökumətinin unikal məqamdan istifadə etmək niyyətini anlayırlar:

“Düşünürük ki, Azərbaycanın gələcəyi yaşıl mühitdən keçir. Ötən ay yaşıl keçidlə əlaqədar ilk dialoqlara başladıq. Azərbaycanın aşağı gəlirli ölkədən son 30 ildə yuxarı orta gəlirli ölkəyə keçidini alqışlayırıq. 

Bu kimi tədbirlər imkan verir ki, Azərbaycan hökumətinin, elmi dairələrinin bu sahədəki diqqətini vurğulayaq. Dünya Bankı qrupu adından əmin etmək istəyirəm ki, biz Azərbaycanda və dünyanın digər ölkələrində rifahın qurulmasına imkan yaradacağıq”.

Sayad Həsənli

Bənzər yazılar

0.14009499549866