Hulusi Akar: “Azərbaycana qarşı təhlükəni Türkiyəyə təhlükə kimi qiymətləndiririk”

 07-12-2022
 Azərbaycan-Türkiyə birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü" keçirilib.
 
Təlimi müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Atilla Gülan, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu və Azərbaycanın yüksək rütbəli zabitləri izləyib.

Türkiyənin müdafiə naziri Hulusi Akar İran sərhədi yaxınlığında keçirilən “Qardaş yumruğu” Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin iştirakçıları qarşısında çıxışı zamanı bildirib ki, Azərbaycana qarşı istənilən təhlükə haradan gəlməsindən asılı olmayaraq, Türkiyəyə təhlükə kimi qiymətləndiriləcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyənin birgə hərbi təliminin iştirakçılarına müraciətində deyib ki, Bu güc gələcək əməliyyatlarda da sizin ən mühüm dinamizminiz olacaq. Türkiyə və Azərbaycan bu təlimlərlə həmrəylik və əməkdaşlıqlarını gələcək üçün daha güclü şəkildə davam etdirəcəklər.

“Türkiyə olaraq biz bütün azərbaycanlı qardaşlarımızı çox sevirik. Biz ət və sümük kimiyik. Allahın izni ilə bizi heç kim bir-birimizdən ayıra bilməz, ayırmayacaq. Qardaşım İlham Əliyevi göstərdiyi qardaşlıq və sevgiyə görə ürəkdən təbrik edir, gözlərinizdən öpürəm. Sağ olun, var olun”, – deyə Türkiyə prezidenti bildirib.

0

Bənzər yazılar

0.20501112937927