Güney Azərbaycanın milli fəalı, Güney Azərbaycan Televiziyasının (GünazTV) rəhbəri Əhməd Obalı Cəbrayıla səfər edib.
APA-nın xəbərinə görə, Əhməd Obalı səfər zamanı Araz çayının sahilinə gələrək Xüdafərin körpüsünü ziyarət edib.
“Mən 42 il əvvəl Arazın o tayından ayrılmışam, uzun müddətdir ki, o torpaqlara gələ bilmirəm. Ancaq zaman yaxınlaşır. Xudafərin körpüsü bir xalqı ayırmaq üçün tikilməyib, Arazın o tay və bu tayındakı bir xalqı birləşdirib” - Ə.Obalı səfər təssüratlarını bölüşüb.
Əhməd Obalı daha sonra Zəngilanın Ağalı kəndinə səfər edəcək.