Gürcüstanın ədliyyə naziri Rati Breqadze ölkələr arasında hüquq münasibətlərinin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Ədliyyəsinin 100 illiyi” yubiley medalı ilə təltif edilib.
Milletinsesi.info-ın məlumatına görə, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyinin saytı görüntülər paylaşıb.
Azərbaycan ədliyyə sisteminin 100 illiyi münasibətilə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Prezident İlham Əliyevin adından ona mükafat təqdim edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının ədliyyə naziri Gürcüstan-Azərbaycan Hüquq Forumu çərçivəsində Gürcüstanda səfərdədir. Forum cari ilin martında imzalanmış memorandum çərçivəsində bu il ilk dəfə Batumidə keçirilir. Artıq hər il iki ölkənin hüquq forumu keçiriləcək ki, bu da Gürcüstan-Azərbaycan sektoral əməkdaşlığını daha da gücləndirəcək.