Komitə sədri Jalə Təbrizli: “İrandan Ermənistana silah daşınmasına etiraz edən 300 güneyli həbs edilmişdi”

 30-11-2022

“İkinci Qarabağ müharibəsi zamanı İran vasitəsilə Ermənistana silahların daşınmasına etiraz edən 300 nəfər güneyli həbs edilmişdi”.

“Report” xəbər verir ki, bunu Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçı, İran azərbaycanlılarının insan hüquqları müdafiəçisi, “Ərk” İnsan Haqları Komitəsinin sədri Jalə Təbrizli noyabrın 30-da “Urmu gölünün harayı” adlı tədbirdə deyib.

“İllərdir ki, biz həbs edilən milli fəallarımızın müdafiəsi üçün işlər aparırıq. Biz çəkinmədən onları müdafiə edirik. İranda bizim ana dilimizə qarşı ayrı-seçkilik var. Axı biz də bir millətik. İndiki münasibət bizi təhqir etməkdir."

Onun sözlərinə görə, xüsusən də azərbaycalı qadınlar İranda zülmə məruz qalırlar: “İranda qadın hüquqları tanınmır. Azərbaycan qadınları orada təzyiqlərlə üzləşirlər. Bizim uşaqlarımız ana dilində təhsil ala bilmirlər”.

Bənzər yazılar

0.46839594841003