Bakıda velosiped yolunda görünməyən maneələr təhlükə saçır.
Milletinsesi.info xəbər verir ki, bu barədə redaksiyamıza görüntülər göndərilib.
Vətəndaş iddia edir ki, velosiped, skuter sürənləri xüsusi zolaqlarda “sürprizlər” gözləyir:
“Bura Sahil bağının yanıdır. Velosiped və skuter üçün xüsusi zolaq ayrılıb, təqdirəlayiqdir. Lakin həmin zolağın ortasında dəmir profillər qalıb. Velosiped sürənlər bunu nəinki axşam saatlarında, heç gündüz, işıqlı havada görə bilməzlər. Belə olan halda yıxılaraq ciddi xəsarətlər ala bilərlər. Bu səbəbdən insanlar ağır xəsarət alarlarsa, günahkar kimdir? Buna kim cavab verəcək?”