Fransa parlamenti önündə keçirilən aksiyaya Güney azərbaycanlılar da QOŞULUBLAR 

 29-11-2022

Güney azərbaycanlı fəallar Fransa parlamenti önündə keçirilən etiraz aksiyasına qatılıblar.

Bu barədə “Azad İran” “Telegram” kanalı kadrlar yayıb.

Qeyd edək ki, Fransa Senatı hökuməti separatçıların qondarma qurumunun müstəqilliyini tanımağa və Azərbaycan rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyə çağıran qəbul edib. Bununla əlaqədar olaraq Parisdə soydaşlarımız keçiriblər və bəyanat qəbul ediblər. Aksiyanın sonunda bəyanat Fransa Milli Assambleyasına təqdim edilib.

Bəyanatda soydaşlarımız fransız deputatların yalnız bir tərəfin - ermənilərin maraqlarını müdafiə etmələrinə narazılıqlarını bildirərək, onların qərəzli münasibətlərini qətiyyətlə pisləyiblər. Sənəddə diaspor üzvləri deputatlardan ədalətli olmağı, terrorizmə yox deməyi, regionda sülhün bərqərar olmasına töhfə verə bilmədikləri halda, ən azından neytral qalmağı, xalqlar arasına nifaq toxumu səpməməyi tələb edirlər.

 

 

Bənzər yazılar

0.50411891937256