Vüqar Əliyevə yeni vəzifə verildi: AZƏRTAC-ın İdarə Heyətinin sədri təyin edilib

 28-11-2022

Prezident İlham Əliyev Vüqar Əliheydər oğlu Əliyevin Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Qərara əsasən, Vüqar Əliheydər oğlu Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, V. Əliyev 2002-ci ildən Prezident Administrasiyasında çalışır.

2005-ci ildən ictimai-siyasi şöbənin mətbuat və informasiya orqanları ilə iş sektoruna rəhbərlik edib.

Bənzər yazılar

0.20890402793884