“Gələn həftədən Azərbaycanda 50-yə yaxın bağça isti yemək təminatına başlanılacaq”.
Milletinsesi.info-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.
Onun sözlərinə görə, bağçalarda uşaqların qidalanmasına dair standartların ilkin versiyası hazırlanıb:
“Hazırda bağçalarda uşaqların qidalanması 1994-cü ilin normativi ilə işləyir. İndiki normativdə qida qramla qeyd edilib. Oradakı siyahıda ərzaqların bir çoxu bazarda yoxdur”.
“Bizim yanaşmamız qida növləri ilə deyil, kalori, yaşa uyğun normalarla tənzimlənmədir”, - deyə nazir əlavə edib.