Bu gün Qarabağa səfər etmək istəyən “Hayastan” (Ermənistan - Red) blokunun deputatları hazırda Rusiya sülhməramlıların yerləşdiyi Azərbaycan ərazilərinə buraxılmayıb.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Belə ki, rusiyalı sülhməramlılar “Hayastan” blokununun deputatlarını daşıyan avtomobili nəzarət-buraxılış məntəqəsində saxlayıb.
Azərbaycan tərəfi ilə əlaqə yaradılıb və müvafiq tapşırıq alan rusiyalı sülhməramlılar erməni deputatları Qarabağ ərazisinə daxil olmasını qadağan edib.