Kürdəmirdə yeniyetmə ikinci mərtəbədən yıxılaraq AĞIR XƏSARƏT ALIB

 23-11-2022

Kürdəmir rayonunda yeniyetmə ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

“Report”un məlumatına görə, rayonun Kəngərli kəndində ikinci mərtəbədən yıxılan 2009-cu il təvəllüdlü Sadıqlı Nuray Eldəniz qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Bənzər yazılar

0.43504095077515