Sabirabadın Çığırğan kəndinin yolu BƏRBAD VƏZİYYƏTDƏDİR - VİDEO

 22-11-2022

Sabirabadın Çığırğan kəndini rayon mərkəzi ilə birləşdirən yol yararsız vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər mövcud vəziyyətin uzun müddətdir davam etdiyini deyirlər.

Bildirilib ki, yay aylarında toz-torpaqdan, yağıntılı havalarda isə palçıqdan tərpənmək olmur. Piyadalar və avtomobillər çox çətinliklə hərəkət edirlər.

Yolda asfalt qatının olmaması hər kəsi təngə gətirib.

Sakinlər iddia ediblər ki, kəndin daxili yollarının yararsız olması ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.

Məsələ ilə bağlı Sabirabad Rayon İcra Hakimyyətindən verilən məlumata görə, kəndin daxili yolları bələdiyyənin balansındadır.

Çığırğan kənd bələdiyyəsinin sədri Namil Vəlişov isə bildirib ki, yollara 2014-cü ildə çınqıl qatı döşənib. Lakin həmin vaxtdan xeyli müddət keçdiyinə görə yenidən problemlər yaranıb.

“Vəsait olan kimi yolda təmir-bərpa işləri həyata keçriləcək”,- deyə o əlavə edib.

Daha ətraflı süjetdə:

Bənzər yazılar

0.19218015670776