Vilayət Eyvazov kapitanı DYP rəisi təyin etdi – ƏMR

 10-04-2022

Xocalı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.

MillətinSəsi.info oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis kapitanı Əliyev Ramin Vitali oğlu təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək Goranboy RPŞ DYP bölməsində çalışıb.

Xocalı DYP-nın əvvəlki rəisi Nemət Məmmədov Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmri ilə yaş həddi ilə bağlı təqaüdə göndərilib.

 
 
 

Bənzər yazılar

0.21350193023682