“Rəqəmsal dünyada jurnalistika” layihəsi çərçivəsində növbəti təlim sessiyası “Report”da OLUB

 12-11-2022

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin icra etdiyi “Rəqəmsal dünyada jurnalistika” layihəsi çərçivəsində növbəti təlim sessiyası iqtisadiyyat xəbərlərinin hazırlanması barədə olub.

Bu dəfə təlim iştirakçıları “Report” İnformasiya Agentliyinə baş çəkib, Agentliyin direktoru Fuad Hüseynəliyev, baş redaktorun iqtisadi məsələlər üzrə müavini İlahə Məmmədli və iqtisadiyyat şöbəsinin redaktoru Namiq Hüseynovla görüşüblər.

Görüş zamanı iştirakçılara Agentliyin iş prinsipləri, xəbərlərin istehsalı, o cümlədən iqtisadi xəbərlərin yazılması, xəbər mənbələri, informasiyaların dəqiqləşdirilməsi, operativlik, xəbərin ictimaiyyətin dilinə uyğunlaşdırılması və s. mövzularla bağlı ətraflı məlumat verilib.

Bənzər yazılar

0.50010991096497