Pakistan parlamenti Baş nazirə etimadsızlıq göstərib, İmran Xan istefaya gedib

 10-04-2022

Pakistan Milli Assambleyası (parlamentin aşağı palatası) bazar günü gecə Baş nazir İmran Xana etimadsızlıq göstərib.

Bu barədə "Geo" telekanalı məlumat yayıb.

Məlumata görə, parlamentin aşağı palatasının üzvlərinin əksəriyyətini təşkil edən etimadsızlıq səsverməsinə 174 deputat səs verib.

Parlamentə etimadsızlıq səsverməsi nəticəsində İmran Xanın hökuməti istefaya gedib.

İmran Xan Pakistanda etimadsızlıq səsverməsi ilə vəzifəsindən uzaqlaşdırılan ilk Baş nazir olub.

İmran Xan isə bildirib ki, müxalifətin hökuməti devirmək cəhdinin arxasında ABŞ-ın dayanır. “Bir neçə ay əvvəl parlament üzvlərindən bir neçəsi ABŞ-ın İslamabaddakı səfirliyinə gedib və onlara Baş nazirə qarşı etimadsızlıq səsverməsinin keçiriləcəyi bildirilib”, - İmran Xan deyib.

Bənzər yazılar

0.24627709388733