“Gələn il yaşa görə pensiya 450 manatın üzərində proqnozlaşdırılır”.
“Unikal” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, gələn il pensiyaların orta göstəricisinin ciddi şəkildə artımı, ümumilikdə pensiyaların 400 manatdan yüksək olması proqnozlaşdırılır.
S.Babayev qeyd edib ki, ölkədə əməkhaqqının artırılması sahəsində islahatlar davamlı nəticə göstərir:
“Əhaliyə ödənişlərin, xüsusilə pensiya ödənişlərinin 650 milyon manat artımı pensiyaçılarımız üçün çox önəmlidir”.