Deputatlar dörd məsələyə görə TOPLANACAQ

 09-04-2022

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası aprelin 12-də keçiriləcək.

Bu barədə MillətinSəsi.info-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

İclasın gündəliyinə dörd məsələ daxildir:

- “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi.

- “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (ikinci oxunuş).

- Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

- Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

Bənzər yazılar

0.20381093025208