Bakıda iki qardaşı avtomobil vurub

 09-11-2022

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Yusif Səfərov küçəsində baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Qədirov Kamran Ruslan oğlu və onun qardaşı - 2003-cü il təvəllüdlü Qədirov Nurlan Ruslan oğlu yolun müəyyən edilməmiş hissəsindən keçərkən onları avtomobil vurub.

Yaralılar Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Bənzər yazılar

0.15483808517456