İspaniya La Liqasının XIII turunun maraqlı qarşılaşmalarından biri Madriddə baş tutub.
Paytaxtın iki təmsilçisi – “Rayo Valeykano” və “Real Madrid” birincilərin meydanında üz-üzə gəliblər.
Azarkeşlərin gərgin və maraqlı oyuna şahidlik etdikləri qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Tərəflərin ümumilikdə beş dəfə fərqləndikləri “qol dueli”nin məğlubu “Real Madrid” olub – 3:2.
Bu nəticə ilə ardıcıl ikinci oyunda da qalib gələ bilməyən “Real Madrid” (bundan öncəki tur “Jirona” ilə 1:1 hesablı heç-heçə etmişdi – red.) liderlik mövqeyini “Barselona”ya təhvil verib.
Qarşılaşmanın qollarını təqdim edirik: