Tanınmış müğənni 34 yaşında vəfat etdi

 06-11-2022

Amerikalı müğənni və aktyor Aaron Çarlz Karter 34 yaşında vəfat edib.

Karterin meyiti Kaliforniya ştatının Lankaster şəhərindəki evində tapılıb. Ölümün səbəbi açıqlanmır.

Portalın məlumatına görə, Karter 1990-cı illərin sonunda doqquz yaşında çıxardığı debüt albomu “Aaron Karter” sayəsində məşhurlaşıb. Aaron həmçinin qardaşı Nik Karterin də daxil olduğu “Backstreet Boys” musiqi qrupu ilə qastrol səfərlərdə olub.

Mənbə: TMZ 

Bənzər yazılar

0.16255187988281