Paytaxtın Nəsimi rayonunda Hüseynqulu Sarabski 109F ünvanında tüfeyli həyat tərzi keçirən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Bu barədə Milletinsesi.info-a DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
Məlumata görə, Nəsimi RPİ əməkdaşlarının keçirdiyi tədbirlərlə əvvəllər məhkum olunan 1979-cu il təvəllüdlü Coşqun Quliyev, 1989-cu il təvəllüdlü Rəşad Cavadov cinayət məsuliyyətinə cəlb ediliblər. Onların üzərindən müxtəlif çəkidə narkotik vasitə olan heroin aşkarlanıb.
Onlar barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, “Dostluq” kinoteatrının yaxınlığında yerləşən və dağılmaq üzrə olan tikilinin narkomanlar üçün tiryəkxanaya çevrildiyi barədə vermişdik.