Abşeron rayonu, Masazır kənd 5 nömrəli tam orta məktəbinin həyəti sahibsiz itlərin məskəninə çevrilib.
Xezerxeber.az-ın məlumatına görə, valideynlər deyirlər ki, övladları hər səhər təhlükə ilə üz-üzədirlər.
Hətta vəziyyət o yerə çatıb ki, uşaqlar məktəbə gələrkən özləri ilə ağac parçası da gətirmək məcburiyyətində qalırlar.
Məktəbin direktor müavini Cəlalə Rzayeva bildirib ki, mövcud vəziyyətlə bağlı dəfələrlə aidiyyətiı qurumlara müraciət olunub.
Abşeron rayon İcra Hakimiyyətindən isə qeyd edilib ki, məsələdən xəbərdardırlar.
'”Güzdək qəsəbəsi ərazisində sahibsiz küçə itlərinin saxlanılması və baxılması üçün yer ayrılıb. Hazırda həmin ərazidə işlər həyata keçirilir. İşlər bitdikdən sonra sakinlərin narazılığına səbəb olan problem aradan qalxacaq'’, - deyə məlumatda bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: