Baş nazirin müavini: “Azərbaycan “yaşıl enerji”yə keçid üçün bütün lazımi tədbirləri görür”

 02-11-2022

“Azərbaycan “yaşıl enerji”yə keçid üçün bütün lazımi tədbirləri görür”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçirilən “Azərbaycanda Yaşıl Transformasiya” konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan “yaşıl keçid”ə çox ciddi yanaşır:

“Bununla bağlı artıq bir çox tədbirlər həyata keçirilib və gələcəkdə bu istiqamətdə hələ daha çox işlər görülməlidir”.
O bildirib ki, Azərbaycan beynəlxalq layihələrdə, o cümlədən BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədləri (DİM) istiqamətində həyata keçirilən layihələrdə iştirak edir.

Bənzər yazılar

0.21260809898376