“Beşiktaş”ın yeni baş məşqçisi Şenol Günəş OLUB

 27-10-2022

Türkiyənin “Beşiktaş” futbol klubu Valerien İsmael ilə yollarını ayırdıqdan sonra baş məşqçi Şenol Günəşlə anlaşıb.

Məlumata görə, bu gün keçirilən idarə heyətinin toplantısında rəhbərlik yerli  mütəxəssislə bağlı yekdil razılığa gəlib.

Yaxın saatlarda klubun öz qərarını rəsmən açıqlayacağı bildirilir.

Şenol Günəşin bazar günü keçiriləcək “Ümraniyespor”la matçda komandaya rəhbərlik edəcəyi gözlənilir.

Mənbə: Haber Global

Bənzər yazılar

0.20903992652893