UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun daha 2 oyunu keçirilib.
“Report”un məlumatına görə, B və C qrupundakı matçlardan sonra 1/8 finalın növbəti iştirakçısı müəyyənləşib.
İtaliyada Çexiyanın “Viktoriya” (Plzen) komandasına 4 cavabsız qolla qalib gələn “İnter” adını pley-offa yazdırıb. Bu nəticədən sonra C qrupunda İspaniya “Barselona”sının turnirlə vidalaşması rəsmiləşib.
B qrupunda isə Portuqaliya “Portu”su Belçikada “Brügge”ni darmadağın edib - 4:0. Bu qrupun digər oyununda Madrid “Atletiko”su İspaniyada Almaniya “Bayer”ini məğlub edə bilməsə, Portu şəhərinin eyniadlı təmsilçisi vaxtından əvvəl 1/8 finala adlayacaq.
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
26 oktyabr
B qrupu
“Brügge” (Belçika) - “Portu” (Portuqaliya) - 0:4
Qollar: Mehdi Taremi, 33; 70. Evanilson, 57. Stiven Euştakiu, 60
23:00. “Atletiko” (Madrid, İspaniya) - “Bayer” (Almaniya)
Xal durumu: “Brügge” - 10 (5 oyuna). “Portu” - 9 (5 oyuna). “Atletiko” - 4. “Bayer” - 3.
C qrupu
“İnter” (İtaliya) - “Viktoriya” (Plzen, Çexiya) - 4:0
Qollar: Henrix Mxitaryan, 35. Edin Dzeko, 42; 66. Romelu Lukaku, 87
23:00. “Barselona” (İspaniya) - “Bavariya” (Almaniya)
Xal durumu: “Bavariya” - 12. “İnter” - 10 (5 oyuna). “Barselona” - 4. “Viktoriya” - 0 (5 oyuna)
Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli”, Belçikanın “Brügge”, Almaniyanın “Bavariya” və “Borussiya” (Dortmund), İspaniyanın “Real Madrid”, Fransanın PSJ, Portuqaliyanın “Benfika”, İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları pley-offa vəsiqəni təmin ediblər.