Saray-Novxanı yolunda sürücüləri sevindirəcək YENİLİK

 25-10-2022

Saray-Novxanı yolunda “VAZ-ın dairəsi” adlanan ərazinin ləğv edilməsindən sonra geriyə dönmək üçün sürücülərin üç kilometrlik məsafəni getməsinə ehtiyac qalmayıb.

Oxu.az-ın xəbərinə görə, artıq avtomobillərin geriyə dönməsi üçün daha yaxın məsafədən şərait yaradılıb. Bildirilir ki, əvvəlkindən fərqli olaraq, geri dönmək üçün yer iki kilometr irəli çəkilib. Bununla da sürücülər əvvəlki kimi üç kilometr yox, bir kilometr yol qət etməlidirlər. 

Qeyd edək ki, geri dönmə hissəsi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrliyində, “VAZ dairəsi” kimi tanınan ərazidə yerləşən yol qovşağında hərəkətin təşkili ilə bağlı hazırlanmış layihənin davamı olaraq yaradılıb.

Buna qədər yolun geri dönmə hissəsi təxminən 3 km uzaqlıqda yaradılmışdı və bu, “Abşeron Gənclər Şəhərciyi”nin sakinlərinin, həmçinin Bakı Mühəndislik Universiteti tələbələrinin səbəb olmuşdu.

Bənzər yazılar

0.20646095275879