Xalq artisti Elza İbrahimova Heydər Əliyev Sarayında konsert verəcək

 05-04-2022

İyun ayının 7-si Heydər Əliyev Sarayında “Əbədiyaşarlar” layihəsi çərçivəsində sevilən mahnıların müəllifi, Xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət "Nəğmə dolu bir ürəyəm ey Vətən” adlı konsert proqramı keçiriləcək.

Gecədə bəstəkarın unudulmaz nəğmələrini Azərbaycanın tanınmış incəsənət nümayəndələri Azərbaycan Televiziyası və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı və “Qaytağı” ansamblı müşaiyəti ilə ifa edəcək.

Heydər Əliyev Sarayında Xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət "Nəğmə dolu bir ürəyəm ey Vətən” adlı konsert proqramının biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Elza Ibrahimova

Bənzər yazılar

0.53196501731873