“Türkiyə və Azərbaycan çiyin-çiyinə, qol-qola işlərini davam etdirir”.
“Report”un Cəbrayıla ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
“Azərbaycanlı qardaşlarımızın öz evlərinə dönməsi bizi məmnun edir”, - nazir vurğulayıb.
Nazir bildirib ki, müharibə bitdikdən sonra iqtisadi müharibə başlayır: “Burada yol, körpü, dəmir yolları, hava limanlarının sürətlə tikildiyini gördük. Hər zaman dediyimiz kimi Azərbaycan heç vaxt yalnız deyil, biz iki dövlət, tək millətik. Türkiyə və Azərbaycan çiyin-çiyinə, qol-qola işlərini davam etdirir. Bundan sonra gələcək həm təhlükəsizlik, həm də rifah baxımından yaxşı olacaq”.