Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 60 minə yaxın eksponat toplanıb.
Burada cəmi 297 ədəd musiqi aləti qorunub saxlanılır. Bunlardan 211-i Azərbaycan, 86-i isə qeyri-Azərbaycan alətidir. Bundan əlavə, 12 ədəd nadir musiqi qutusu mühafizə olunur.
Bununla yanaşı, muzeydə Keçəçioğlu Məhəmmədin, Xan Şuşinskinin qavalları, Şirin Axundovun, Qurban Pirimovun, Məmmədağa Muradovun, Bəhram Mansurovun, Həbib Bayramovun, Səid Rüstəmovun, Qasım Qasımovun, Kamil Əhmədovun, Ramiz Quliyevin, Valid Fərzəliyevin tarları, Aşıq Hüseyn Saraclının, Aşıq Xanların, Pənah Qurbanovun, Rəhilə Həsənovanın sazları, Qılman Salahovun kamançası və s. saxlanılır.
Bunlardan Azərbaycan milli musiqi alətləri olan tar, kamança, saz, dəf, qoşa nağara, zurna, ney, eləcə də özünəməxsus xüsusiyyətləri ilə fərqlənən digər musiqi alətləri - əsa-tar, əsa-saz, habelə qrammofonlar, patefonlar, qrammofon valları, Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun, milli peşəkar vokal sənətinin banisi Bülbülün, görkəmli bəstəkarlardan Qara Qarayevin, Fikrət Əmirovun müəllif not əlyazmaları, musiqi xadimlərinin şəxsi əşyaları, afişalar, proqramlar, fotoşəkillər, təsviri incəsənət nümunələri, notlar, kitablar və s. materialları göstərmək olar.
Photostock.Az-ın muzeydən hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox şəkil burada: Photostock.az