“Azərbaycan Türk Dövlətləri Təşkilatını daha da gücləndirəcək”.
MillətinSəsi.info xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Twitter” hesabında yazıb.
O, Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən iclasında iştirak etməkdən məmnunluğunu bildirib:
“Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluya böyük qonaqpərvərliyə görə təşəkkür edirəm”.
Delighted to attend the Extraordinary Meeting of the Council of Ministers of @Turkic_States (OTS) in Istanbul. I thank Minister @MevlutCavusoglu for the great hospitality in hosting the meeting. #Azerbaijan as a founding member will further support and work to strengthen OTS! pic.twitter.com/R9tYXPxJg6
— Jeyhun Bayramov (@bayramov_jeyhun) October 17, 2022