Rəcəb Tayyib Ərdoğan: "Zəngəzur dəhlizi ilə bağlı heç bir problem görmürəm”

 14-10-2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı açıqlama verib.

Bu barədə o, Astanadan qayıdarkən təyyarədə jurnalistlərin müvafiq suallarını cavablandırarkən bildirib.

“Praqada dar çərçivədə görüşümüz oldu. Həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də, Ermənistan baş naziri Paşinyan da, Macarıstanın Baş naziri Viktor Orban da iştirak edirdi. Bundan sonra nümayəndə heyətləri arasında da görüşümüz oldu və təbii ki, biz bu məsələləri müzakirə etdik. Zəngəzur dəhlizi ilə bağlı heç bir problem görmürəm”.

Bundan başqa, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə və Ermənistanda ölkələri arasında münasibətlərin normallaşdırılması üçün görüşlər keçirmək barədə razılığa gəliblər.

Mənbə: Anadolu

Bənzər yazılar

0.20534801483154