Bakıda qadının 3 minlik telefonunu ƏLİNDƏN ALIBLAR

 13-10-2022

Abşeronda quldurluq hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Qobu qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Əliyev Zaur Rasim oğlu naməlum 3 nəfərlə birgə gecə saat 2 radələrində küçədə Adıgözəlov Adil Mübariz oğlu və Ağayeva Günel malik qızına hücum ediblər. Basqın etmək yolu ilə A. Adıgözəlovun cibindən 400 manat pul və G. Ağayevanın 3000 manat dəyərində “İphone 13 Pro Max” markalı telefonunu əllərindən alıblar.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Bənzər yazılar

0.14077997207642