Şəmkir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un məlumatına görə, hərəkətdə olan “Ford” markalı kiçiktutumlu yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Qəza nəticəsində Şəmkir rayon sakinləri, 1977-ci il təvəllüdlü V.Cəfərov və 1956-cı il təvəllüdlü Ə.Cəfərova xəsarət alıb.
Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.