“Jurnalist vəsiqəsinin verilməsi “Media haqqında” qanunda nəzərdə tutulur. Xahiş edirəm ki, media subyektləri “vahid” sözünü jurnalist vəsiqəsi sözünün qarşısında istifadə etməsinlər”.
“Report”un xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Media Reyestrində olmayan jurnalistlərin fəaliyyəti ilə bağlı heç bir maneə olmayacaq: “Vəsiqə sadəcə olaraq jurnalist vəsiqəsi adlanır. Jurnalistlərin hər hansı bir tədbirdə iştirak etməsi üçün “Media haqqında” qanunda hər hansı bir məhdudiyyət yoxdur”.
Onun sözlərinə görə, Media Reyestrinə daxil edilmək üçün jurnalistlərin özləri müraciət etməlidirlər: “Reyestrə daxil olmayan jurnalistlərin fəaliyyətində isə hər hansı məhdudiyyət yoxdur”.