Şəkidə müəllimlərin etiraz etdiyi DİREKTOR İŞDƏN ÇIXRILIB

 11-10-2022

Bir müddət əvvəl müəllim kollektivi tərəfindən etirazla qarşılanan Şəki rayon Cəfərabad kənd tam orta məktəbinin direktoru işdən çıxarılıb.

Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən cavab verilib.

"Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılıb və bir sıra nöqsanlara yol verildiyi aşkara çıxarılıb, müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə aparılmış araşdırmanın nəticələri təqdim olunub. 

Təhsil nazirinin müvafiq əmrinə əsasən məktəbin direktoru işləmiş Salamov Rahim Elxan oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilib", - Regional Təhsil İdarəsinin açıqlamasında bildirilir.

Bənzər yazılar

0.89401197433472