Şəhid qardaşı Sənan Əhmədov: “Sahil Babayevin olanlardan xəbəri yoxdursa, onunla görüşmək istəyərdim”

 11-10-2022

“Mənə təklif olunan birotaqlı evdən imtina etdim. O evi mənə yazıqları gəldiyi üçün təklif etmişdilər. Evim yoxdur, kirayədə qalıram, bundan sonra da kirayədə qalaram. Bəlkə də, nazir Sahil Babayevin olanlardan xəbəri yoxdur. Əgər həqiqətən də xəbəri yoxdursa, onunla görüşmək istəyərdim”.

Bunu "Modern"ə açıqlamasında sentyabr döyüşləri zamanı şəhid olan hərbçi Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov deyib.

O, 11 min manatın şəhidin “qan pulu” olduğunu söyləyib və həmin vəsaiti şəxsi ehtiyacı üçün xərcləməyəcəyini bildirib:

“11 min manatlıq birdəfə ödəmə kart hesabındadır. Pulu kartdan çıxarmamışam. Elə orada qalıb. O pula əlimi də vurmaram və heç vaxt şəxsi ehtiyaclarım üçün xərcləmərəm. Amma həyat yoldaşım istəsə, hansısa ehtiyacı üçün istifadə edə bilər. Məni şəxsən pul maraqlandırmır”.

Xatırladaq ki, Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova 11000 manat məbləğində birdəfəlik ödəmə təyin olunub.

Bənzər yazılar

0.20646500587463